Banklar hüquq-mühafizə orqanlarına müraciət etdilər
23.12.2015 14:43 Sosreaksiya 1855

Son günlərdə bəzi şəxslər dələduzluqla məşğul olaraq, sosial şəbəkələrdə, xüsusilə də whatsapp-da ölkənin bir sıra aparıcı bankları haqqında anti təbliğat çağırışlar yayırlar.
Reaksiya.az xəbər verir ki, Bank sektorundan Trend-verilən məlumata görə, bu məsələnin araşdırılması və bu qanunsuz əməllərin aşkara çıxarılması üçün bir sıra kommersiya banklarının rəhbərliyi tərəfindən hüquq- mühafizə orqanlarına müraciət edilib. Ən qısa müddətdə bu dələduzluqla məşğul olan şəxs və ya şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək, qanunvericilik çərçivəsində tədbirlər görüləcək.
Kommersiya banklarının rəhbərləri bu dələduzluq əməllərini mövcud vəziyyətdən sui-istifadə edərək siyasi- iqtisadi stabilliyi pozmağa, bank müştəriləri arasında məqsədli şəkildə təşviş yaratmağa yönəlmiş addımlar hesab edərək, bu qanunsuz əməlləri qəti şəkildə pisləyirlər. Yuxarıda qeyd olunan dələduzluq əməlləri ilə bank sisteminin fəaliyyətinə kölgə salmaq və müştərilərində narahatlıq yaratmaq istəyənlərin əməlləri qanunvericilik çərçivəsində həllini tapacaq.
Şərhlər