Misir səfirliyi universitet heyəti ilə görüşdü - FOTOLAR

23.12.2015 15:48     Sosreaksiya     1990

Dekabrın 23-də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin heyəti Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüşdə olub. 

Reaksiya.az xəbər verir ki, tanışlıq məqsədilə keçirilən görüşdə əvvəlcə Misirin tarixini əks etdirən video çarx nümayiş etidirilib.

Daha sonra Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonaqları salamlayaraq onlara Mərkəzin yaranma tarixindən, fəaliyyətindən, fəaliyyət göstərdiyi illər ərzində həyata keçirdiyi tədbirlərdən, Misirin aparıcı universitetlərindən olan Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisindən, ölkələr arasında mədəni və elmi əlaqələrin inkişafından söhbət açıb.  

Öz növbəsində Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Qismət Rüstəmiv Mərkəzin müdirinə dəvət üçün kollektiv adından təşəkkürünü bildirib. Görüş zamanı tərəflər arasında bir sıra müştərək tədbirlərin keçirilməsi, Misir yazıçıları haqqında esse müsabiqəsinin təşkili, mütəmadi olaraq Yaradıcılıq fakültəsinin tələbələrinin və müəllim heyətinin Mərkəzə ziyarətləri və digər təkliflər müzakirə  olunub.

Şərhlər

Çox oxunanlar