AMEA-da kadr dəyişikliyi oldu
23.12.2015 17:33 Sosreaksiya 1882

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında bir sıra kadr dəyişikliyi baş verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, iclasda AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə təyinatı təsdiqlənib.
Eyni zamanda, iclasda qəbul edilən qərarla biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini müvəqqəti icra edəcək.
Biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev AMEA-nın Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib.
Şərhlər