Sahibkarın satıcı tərəfindən qətlə yetirildiyi məlum oldu

23.12.2015 17:43     Sosreaksiya     1919

Bakının Nizami rayonunun Keşlə qəsəbəsində iki gün əvvəl törədilən qətlin üstü açılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində qətli törədən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Paşa İsmayıl oğlu Qələndərov tutularaq istintaqa təhvil verilib.

İlkin məlumata görə, P. Qələndərov qətlə yetirdiyi Vüsal Xəlilovun yanında satıcı işləyirmiş.

Qeyd edək ki, məlum qətl hadisəsi dekabrın 22-də Keşlə qəsəbəsində törədilib.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Vüsal Xəlilov Sabir küçəsində kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs onun boğazına bıçaq xəsarəti yetirib. O, aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.

Vüsal Xəlilov Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.

Şərhlər