Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxılıb

24.12.2015 01:03     Sosreaksiya     1794

Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.

Reaksiya.az-ın “news.am”a istinadən verdiyi məlumata görə, dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarılıb. T. Mikayılov iyulun 23-dən həbs olunduğu və 5 ay həbsdə qaldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə piyada keçib. O, həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib. 34 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin sərhədləri qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb. 

Şərhlər

Çox oxunanlar