Cərimələr niyə artırlır?

24.12.2015 11:30     Sosreaksiya     2047

Son günlər Azərbaycanda yeni cərimə növləri tətbiq edilməyə başlanıb.

Reaksiya.az AzVision-a istinadən xəbər verir ki, məsələn, 30 iş günündə 7 dəfə dərsi buraxan şagirdlərin valideynləri 100 manat məbləğində cərimələnəcək. Bundan başqa evdə səs salanlar, valideynlərinə baxmayan övladları da cərimə gözləyir.

Millət vəkili Vahid Əhmədov hesab edir ki, cərimələrin bir neçə dəfə artırılması büdcəni doldurmaq məqsədi daşımır. Deputatın fikrincə, qəbul olunan qərarlarda dövlət büdcəsinə əlavə vəsaitin daxil olması da nəzərdə tutulub: “Büdcədə neftin qiyməti 50 dollar götürülüb. Amma yanvar ayından neftin qiymətində dəyişiklik olması gözlənilir. Büdcədə 2016-cı il üçün hər hansı problem yoxdur. Bu il oktyabr ayında sahibkarlığın inkişafı ilə əlaqədar bir sıra qanunlar qəbul edildi. Dövlət tərəfindən vergilər azaldıldı. Bunların hamısı büdcə ilə bağlı məsələlər idi. Əlbəttə, dövlət büdcəsinə əlavə vəsait daxil olması da nəzərdə tutulub. Hansı sahəbə həddindən artıq hüquq pozuntusu baş verirsə, bu məsələlərə mütləq baxılır.Təkcı insanlar yox, hüquqi şəxslər üçün də cərimələrin miqdarı artırılıb”, -deyə V.Əhmədov bildirib. 

İqtisadçı Samir Əliyevin fikrincə, cərimələrin artırılması büdcə gəlirlərinin artırılması üçün həyata keçirilir: “Neftin ucuzlaşması Azərbaycanın gəlirlərini xeyli azaldıb. Neft gəlirləri kəskin azaldığına görə, büdcədə kəsrlər yaranıb. Vaxtilə yaxşı işləməyən mənbələrə fikir verilməyə başlanılıb. Baxmayaraq ki, həmin sahələr büdcədə ciddi paya malik deyil. Hər halda bundan sonra da hökumət, Vergilər Nazirliyi yeni mənbələr axtaracaq. Bu günə kimi vergiyə cəlb olunmayan sahələr vergiyə cəlb olunacaqlar”. 

Şərhlər