Yanacaqdoldurma məntəqəsinə silahlı basqın oldu - Cəlilabadda

24.12.2015 11:56     Sosreaksiya     2171

Cəlilabad rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Reaksiya.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində yerləşən “Alpetrol” yanacaqdoldurma məntəqəsində baş verib.

Məntəqənin əməkdaşları basqınçılara müqavimət göstərib. Bu səbəbdən də basqınçılar heç nə əldə edə bilməyib, onlar əllərindəki silahdan bir neçə dəfə atəş açaraq qaçıblar. Atəş nəticəsində məntəqənin şüşələri qırılıb.

Faktla bağlı araşdırma aparılır. Hadisə yerindən gilizlər aşkarlanıb.

Şərhlər