Gənc xanım avtomobilini binaya çırpdı - Bakıda - FOTOLAR

24.12.2015 15:44     Sosreaksiya     2140

Bakıda gənc xanım sürücü qəza törədib. 

"Reaksiya" AzNews-a istinadən xəbər verir ki, hadisə bu gün saat 13:45 radələrində Nəsimi rayonu ərazisində yerləşən Koroğlu parkının yaxınlığında, Vaqif prospektində qeydə alınıb. 

25-26 yaşlarında gənc xanım sürücü 90 FU 075 dövlət nömrə nişanlı “Peugeot” markalı minik avtomobili ilə hərəkət edərkən idarəetməni itirib. 

Avtomobil yaxınlıqda yerləşən binaya çırpılıb. Xanım sürücü hadisə zamanı xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Hadisə baş verən əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəlib. 

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

 
 
 
 
 

 

Şərhlər