Radikal islamçı Fransada bir zavoda hücum etdi - İki nəfəri yaraladı, birinin başını kəsdi

26.06.2015 14:42     Sosreaksiya     1823

Fransanın cənub-şərqindəki Sen-Kentan-Falavye şəhərində yerləşən kimya zavoduna radikal islamçı tərəfindən terror hücumu olub.

Reaksiya.Az-ın “Le Figaro”ya istinadən verdiyi məlumata görə, “Air Products” zavoduna hücum edən terrorçu qaz balonlarını partladıb, nəticədə iki nəfər ağır yaralanıb.

Həmçinin zavodun yaxınlığında hasarda başı kəsilmiş meyit aşkarlanıb, kəsik başın üstündə isə ərəbcə yazılar aşkarlanıb.

Hücum edən şəxs saxlanılıb, onun kim olduğu barədə hələ açıqlama verilmir.Mətbuatda onun 30 yaşlarında bir kişi olduğu deyilir.

Şərhlər

Çox oxunanlar