Qan donduran ögey ana vəhşiliyi - VİDEO

25.12.2015 03:58     Sosreaksiya     2278

Türkiyədə ögey ananın iki uşağa qarşı törətdiyi vəhşilik insanları şoka salıb.

"Reaksiya"nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kayseri vilayətində yaşayan 46 yaşlı Songül A. iki uşağa qarşı şiddət və cinsi istismar göstərib. Onun insan qanını donduran şiddəti Akif A.-nın (uşaqların atasının) evə yerləşdirdiyi kamera tərəfindən saniyəbəsaniyə qeydə alınıb.

Görüntülərdə ögey ananın 5 yaşlı oğlan uşağını altını batırdığını səbəb gətirərək onun ağız və burnunu qapadaraq boğmağa çalışdığı, eyni zamanda uşağa yumruq və şapalaq vurduğu, yerdən –yerə sürüdüyü, əlindəki qalın çubuğu uşağın ağzına soxduğu məlum olub.

Songül A. bu cür şiddəti 7 yaşlı qıza qarşı da tətbiq edib.

Bütün bunları izləyən ata Akif A. polisə müraciət edib. Songül A. isə o zamanlar psixoloji problemləri olduğunu, özünün də şiddət gördüyü üçün uşaqlara qarşı şiddət göstərdiyini deyib.

Türkiyə Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, qadına 46 il həbs cəzası verilib.

Şərhlər