Medvedyev azərbaycanlı məmuru mükafatlandırdı
25.12.2015 05:13 Sosreaksiya 1758

Rusiya Federasiyası hökumətinin şöbə rəisi Sübhi Şıxlinski "Vətən qarşısında xidmətlərinə görə 2-ci dərəcəli" medalla təltif edilib.
"Reaksiya" virtualaz.org-a istinadən xəbər verir ki, mükafatı hökumətin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında Rusiyanın baş naziri Dmitri Medvedyev təqdim edib.
Sübhi Osman oğlu Şıxlinski 1964-cü ildə Azərbaycan SSR-in Şamxor (hazırda Şəmkir) şəhərində doğulub.
3-cü dərəcəli həqiqi dövlət müşaviri olan həmyerlimiz Sübhi Şıxlinski hazırda RF hökumətinin Hüquq departamenti şöbəsinin rəisi vəzifəsində çalışır.
Şərhlər