Daha bir vəzifəli şəxs tutuldu - korrupsiya faktına görə

25.12.2015 10:10     Sosreaksiya     2284

Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirib.

Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb.

SHXÇDX-nın Füzuli rayon şöbəsindən Y.İbrahimovun tutulması faktını təsdiqləyiblər.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər