Nazir Xalça Muzeyinin direktorunu işdən çıxartdı

25.12.2015 12:14     Sosreaksiya     1862

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin rəhbər Röya Tağıyeva təqaüdə göndərilir.

"Reaksiya" “Report”a istinadən xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kolegiya iclasında bəyan edib.

O, 71 yaşlı R.Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixdə son veriləcəyini bildirib.

R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edən nazir onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

Şərhlər