Ermənilərin daha bir pilotsuz uçan aparatı məhv edilib

25.12.2015 13:38     Sosreaksiya     1749

Azərbaycan tərəfi düşmənin daha bir pilotsuz uçan aparatını məhv edib. "Reaksiya" xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, dekabrın 25-də saat 11:45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq Azərbaycan bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib.

Şərhlər