Gənc həkim yol qəzasında öldü - Ağcabədidə
25.12.2015 14:23 Sosreaksiya 2129

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, rayonun Boyad kəndində Ağdamın Qaradağlı kənd sakini Ağaməmmədov Akif Ələm oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşıda gedən qoşqulu traktora çırpılıb. Nəticədə 30 yaşlı sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. A. Ağaməmmədovun yaşadığı Qaradağlı kəndində həkim-stomatoloq işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər