Bu il sərhədi pozan şəxslərin sayı açıqlandı
25.12.2015 14:41 Sosreaksiya 1798

2015-ci ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılıb.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib ki, pozucuların 55,1%-i Azərbaycan, 8,5%-i Özbəkistan, 7,6%-i İran, 4,3%-i Banqladeş, 3,9%-i Əfqanıstan, 2,6%-i Gürcüstan, 2,4%-i Moldova, 2,2%-i Rusiya, 1,7%-i Türkiyə, 1,3%-i Nigeriya, 1,3%-i Qırğızıstan, 9,1%-i digər ölkə vətəndaşları olub.
Eyni zamanda, il ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
Şərhlər