Azərbaycanda müğənni intihar etdi

25.12.2015 15:38     Sosreaksiya     2214

Bakıda intihar hadisəsi baş verib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, E. Quliyev müğənnilik fəaliyyəti ilə məşğul olub. O, Elvin Ordubadlı kimi tanınır.

Şərhlər