Küveytdə baş verən partlayışda 10 nəfər ölüb, 50 nəfər yaralanıb

26.06.2015 17:14     Sosreaksiya     1742

Bu gün Küveytdəki İmam Sadiq məscidində cümə namazı zamanı intiharçının özünü partlatması nəticəsində 10 nəfər ölüb, 50 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. 
Küveyt valisi Sabir əl -Muhenna mətbuata bildirib ki, Savabir rayonunda yerləşən İmam Sadiq məscidində intiharçı üzərindəki bombanı partladıb. 
"Yaralılardan bəzilərinin vəziyyəti ağırdır", - o bildirib.

Terrorun məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.

Şərhlər

Çox oxunanlar