Obamanın Körfəz şahmatı

27.05.2015 17:40     Sosreaksiya     714

Prof. Dr. Bülent Aras reaksiya.az üçün yazır

Körfəz ölkələrinin liderləri Kamp Daviddəki zirvədə həyati bir təhdid kimi gördükləri İran, şiə yayılmacılığı kimi mövzularda Amerikadan bir zəmanət ala bilmədilər. Obamanın Körfəzdəki şahmat oyunu, istəmədikləri şəkildə İran- Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) tarazlığını hədəfləyir.

ABŞ prezidenti Barak Obama, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə bir müddətdir gözlənilən diplomatik hücumunu bir müddət əvvəl həyata keçirdi. KƏŞ üzvü olan altı ölkənin liderlərini bir dialoq zirvəsi üçün Camp Davidə dəvət etdi. Bura Orta şərqdə Ərəb Baharından əvvəlki dövrün təyin edici proseslərindən Misir-İsrail razılaşmasının edildiyi yer olması baxımından əhəmiyyətlidir. Ancaq yeni dövr "Körfəz Anı" adlandırılacaq KƏŞ ölkələrinin Misir və İraq kimi ənənəvi aktyorların boşalan vakumu doldurmağa namizəd olduqları bir mühitə şahidlik edir. Obamanın Kamp David seçimi bir mənada İran və KƏŞ arasında Amerikanın icraya çalışdığı tarazlıq siyasətini simvolizə edir. Bu tarazlığın olmazsa olmaz şərti tərəflərin bir-birini məğlub etməməsidir.

Sammitin səbəbi xülasəylə KƏŞ ölkələrinin İran nüvə danışıqlarından duyduğu narahatlıqdır. Daha təməldə isə yaxın keçmişdəki müşahidələri ilə Amerikanın regional dizaynlarına istiqamətli etibarsızlıqları var. Amerikanın İraqı işğalı ilə başlayan, Obamanın Suriyadakı qırmızı xəttini sürətlə buxarlaşdırmasına çatan bu proses sünni Ərəb ölkələrini narahat edən nəticələrə gətirib çıxardı. KƏŞ ölkələrində ümumi hava İran ilə razılaşmanın əldə edildiyi yönündədir və Amerika ilə əlaqələrinin buna mane olmamasından əsəbiləşiblər. Nəticədə İran üzərində izolyasiya və sanksiyalar qalxacaq. Nüvə silahına sahib olmaq üçün zaman qazanmasından başqa, İraq, Yəmən, Suriya və Livanda daha güclü bir İran ilə qarşı-qarşıya qalacaqlar.

Obamanın dəvətinə iki əmir və dörd vəliəhd Şahzadə ölkələrini təmsil üçün iştirak ediblər. Ən çox fərziyyə Səudiyyə kralı Salmanın gəlməməsi üzərində aparıldı. Bəhreyn Kralının da Salmanın təsiri ilə gəlmədiyi qənaəti hakimdir. Belə olan halda Səud snopluğu kimi xarakterizə edilən və Səudiyyə-Amerika əlaqələrinin sorğulanması lazım olduğu deyilir. Körfəzdə "yüksək siyasətdən" uzaq duran Oman Kralı sağlamlığı ucbatından tədbirdə iştirak etmədi. Sağlmalığına görə tədbirdə iştirak etməyənlər arasında Birləşmiş Ərəb Əmirlikləri də var. Qətər əmri Həmad Əl Tani üçün zirvədə iştirak etmək üçün yüksələn xətt üzərində müstəqil rəftarın və Amerika ilə əlaqələrə verilən əhəmiyyətin göstəricisidir. Küveytin təmsili isə İraq işğalından Amerikanın müdaxiləsi ilə xilasından sonra iş başında olan Əl Səbah ailəsinin gözardı edilməyəcəyi də bir həqiqətdir.

Obamanın sammitdən dərhal sonra Ərəb telekanallarından birinə verdiyi müsahibədə iştirakdan məmnun olduğu açıq – aşkar hiss olunur. Ancaq "vəliəhd şahzadələr ilə bir yığıncaq laızm idimi?" sualı önümüzdəki zaman kəsiyində qarşımıza çıxacaq sualların başında gəlir. Obamanın güclü liderlərlə və meydan oxumalar ilə tez-tez üz – üzə gəldiyi də unudulmamalıdır. Sammitin reallaşması və mesajını çatdırılması Amerika rəhbərliyi baxımından hələlik normal qəbul olunur. Obama Körfəzdəki sünni müttəfiqlərinə İranın nüvə razılaşmasını bölgə təhlükəsizliyinə xidmət edəcək bir layihə kimi təqdim etməyə çalışır. Ancaq KƏŞ ölkələrinin şübhələri belə bir zəmanət ilə aradan qaldırılacaq kimi görünmür. Obamanın ilk on illik bir perspektivlə təsdiq-idarə mexanizmi ilə nüvə proqramın izləyəcəyi zəmanəti gözlənilənin çox gerisində dayanıb. Digər bir tərəfdən Obama KƏŞ ölkələri ilə əməkdaşlığın İranı hədəf almayacağını ya da marginallaşdırma hədəfini izləməyəcəyini dəfələrlə ifadə edib.

KƏŞ ölkələri baxımından və xüsusilə əsl aktyor Səudiyyə Ərəbistanının perspektivindən İranı Amerikanın nəzərdə tutduğu konstruktiv xəttə çəkmək mümkün deyil. Hazırda Səudiyyə Kralı Salman bütün hər şeyini Yəməndə İrana bir dərs vermək üçün ortaya qoyub. Obamanın Suriyada kimyəvi silahlar mövzusunda qırmızı xəttini tutmaması və müdaxiləyə istəksiz rəftarı, bu mövzuda səbrinin sonunda olan Səudiyyə rəhbərliyinin xoşuna gəlməyən başqa bir haldır. İran-Səudiyyə Ərəbistanı rəqabətində, İran Amerikaya verdiyi güzəştlər ilə nüvə razılaşmasında öz mövqeyini ortaya qoyarkən, Səudiyyə Ərəbistanı Obama rəhbərliyindən istədiyi dəstəyi ala bilmir. Səudiyyə başçılıq etdiyi Yəmən koalisiyası və Ərəb Liqasına bağlı ordu düşüncəsini öz başına problemləri ilə maraqlanma ehtiyacının nəticəsində yaradıb.

Zirvədən sonra KƏŞ ölkələri İran travması ilə yollarına davam edəcəklər. Görünən vəziyyət budur. Digər bir tərəfdən Daisi (İŞİD) radikalizmi və yayılmacılığı gündəmlərinin digər əhəmiyyətli bir problemidir. Beynəlxalq koalisiyaya baxmayaraq, İŞİD - ə qarşı önəmli bir mövqe əldə edilməyib. Yüksələn sünni radikalizmi və əlaqəli gərginliklər problemlər yığnağından ən üst sırada dayanacaq problemlərdəndir. Hər şeydən əhəmiyyətlisi isə dərhal hər kəsin üzləşməkdən qaçdığı ictimai tələblər, azadlıq istəyi, köçkünlərin problemləri kimi ciddi ölçülərdəki daxili narahatlıqlardır. KƏŞ liderləri nəticə etibarilə həyati bir təhdid kimi gördükləri İranı, şiə yayılmacılığını və digər mövzularda Amerikadan bir zəmanət ala bilmədilər. Obamanın Körfəzdəki şahmat oyunu istəmədikləri şəkildə İran-KƏŞ tarazlığını hədəfləyir. KƏŞ liderlərinin əlində qalan isə avtoritar rəhbərliklərini qorumaq üçün, yaxşı idarəçilik tələblərini təxirə salma və regional rəqabət bəhanəsini təmin edən bir İran təhdididir. Hesab edirəm ki, görüləcək vəd edən əllərindən gələnin ən yaxşısı bu olacaq.

Şərhlər

Çox oxunanlar