Bakıda 29 yaşlı oğlan qətlə yetirilib

28.12.2015 11:40     Sosreaksiya     1813

Bakıda qətl törədilib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Natiq Həşimi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Kamran Vahid oğlu Bağırov aralarında yaranmış münaqişə zəmində tanışı, 1986-cı il təvəllüdlü Cümşüd Əsədulla oğlu Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Qətli törədən K. Bağırov saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər