İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlara cəlb olunur
28.12.2015 12:16 Sosreaksiya 1728

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR dekabr 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.
SOCAR-dan verilən məlumata görə, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.
Şərhlər