Yevlaxda zəlzələ oldu

29.12.2015 10:41     Sosreaksiya     1860

Dekabrın 29-da Yevlax rayonu ərazisində zəlzələ baş verib.

"Reaksiya" AzərTac-a istinadən xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 09.17-də Mİngəçevirdən 28 kilometr cənubda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3,2 olub, ocağı isə 32 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Şərhlər

Çox oxunanlar