Paytaxtda atəşfəşanlıq olacaq

29.12.2015 11:21     Sosreaksiya     1840

Milli Parkda atəşfəşanlıq tədbiri keçiriləcək.

"Reaksiya" xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərin qonaqlarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir və bu münasibətlə təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.

Bayramınız mübarək olsun!

Şərhlər