Hesablama Palatasının sədr müavinliyinə - Təyinat
29.12.2015 13:02 Sosreaksiya 1766
Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının sədr müavini Adil Məhərrəmovun yenidən bu vəzifəyə təyin edilməsi ilə bağlı təqdimata baxılıb.
"Reaksiya" report-a istinadən xəbər verir ki, iclasda Cəfər Həsənov, Firsənd Qurbanov və Vaqif Həsənovun da yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması müzakirə edilib.
Hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Adil Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun qardaşıdır.
Şərhlər