Daha bir yol təmirə bağlandı

29.12.2015 13:44     Sosreaksiya     1802

Yasamal rayonu Əhməd Cəmil küçəsinin Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən hissəsi əsaslı şəkildə təmir olunur.

"Reaksiya" xəbər verir ki, bu barədə məlumat “Azəryolservis” ASC-dən verilib.

Məlumata görə, bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib.

Kompleks şəkildə aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.

“Azəryolservis” ASC tərəfindən təmir-tikinti işləri aparılan yollarda vətəndaşların rahat və maneəsiz şəkildə hərəkəti daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Məhz bu səbəbdən də yolların hərəkət hissəsi ilə bərabər piyada səkiləri də təmir edilir. Əhməd Cəmil küçəsində də mövcud olan piyada səkilərinin təmir olunaraq, asfaltlanması işləri aparılır. Qeyd edək ki, səkilərin kənarlarına ümumilikdə 1 300 paqon-metr yeni səki daşı düzülüb.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. İkiqat və 10 santimetr qalınlıqda olmaqla əsaslı şəkildə təmir-tikinti işlərinin aparıldığı küçənin təqribən 8 min kvadrat metr sahəsinin asfaltlanması planlaşdırılır.

Şərhlər

Çox oxunanlar