KİV haqqında qanuna dəyişiklik qəbul edildi

29.12.2015 15:01     Sosreaksiya     1808

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı, “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının (Milli Televiziya və Radio Şurası) qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur.

Qısa müzakirələrdən sonra dəyişiklik qəbul olunub.

Şərhlər

Çox oxunanlar