“Siz elə danışırsınız ki..." - Spiker ona da əsəbiləşdi

29.12.2015 15:56     Sosreaksiya     1827

Millət vəkili Aytən Mustafayeva parlamentin bugünkü iclasında təhsil problemlərindən danışıb.

"Reaksiya" "Qafqazinfo"ya istinadən xəbər verir ki, o qeyd edib ki, kənd yerlərində, xüsusilə də Nardaran hadisələrində uşaqların 10-11 yaşından sonra məktəbə getmədiklərinin şahidi olublarir:

“Uşaqlarımız təhsildən yayınırlar. Həm də Nardaran hadisələri göstərdi ki, təhsilə ciddi fikir verməmək nələrə gətirib çıxarır. Tək təhsildə yox, uşaqların asudə vaxtında da ciddi problemlər yaşanır. Onlar avara qalırlar. Azərbaycanda bu qədər idman kompleksləri tikilib. Amma orada uşaqların iştirakı sıfır dərəcəsindədir. Fikir versək, Hollandiyada uşaqlar dərsdən sonra üzgüçülüklə məşğul olurlar. Ona görə də sağlam bədənli, uzun boylu olurlar. Amma bizim əsgərliyə gedən gənclərimzə baxsaq, onlar uşaq kimi görünürlər, cılızdırlar. Bu cür gənclər vətəni necə qoruya bilər?”.

Millət vəkilinin çıxışı spiker Oqtay Əsədovu özündən çıxarıb:

“Siz elə danışırsınız ki, guya Azərbaycanda hər şey bədbindir. Heç kim dərsə getmir, məktəblər fəaliyyət göstərmir. Siz deputatsınız, çıxış edəndə bilin ki, harada çıxış edirsiniz. Eyni zamanda idmançıların boyundan danışırnız. Bizim idmançılarımız mötəbər yarışlarda çıxış edirlər, uğur qazanırlar. Xahiş edirəm ki, çıxışlarınızda belə məsələlərə diqqət edin”.

Şərhlər

Çox oxunanlar