Deputatdan dövlət qurumuna rüşvət iddiası

29.12.2015 16:11     Sosreaksiya     1796

Millət vəkili Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini yanacadoldurma məntəqələri üzərində rüşvət pramidası yaratmaqda günahlandırıb .

"Reaksiya" "Qafqazinfo"ya istinadən xəbər verir ki, millət vəkili Zahid Oruc parlamentin növbəti plenar iclasında "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı deyib.

O, çıxışında konkret olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini yanacadoldurma məntəqələri üzərində məhz lisenziyalaşdırma ilə bağlı rüşvət pramidası yaratmaqda günahlandırıb.

Vitse-spiker Valeh Ələsgərov isə çıxışında deyib ki, terminlərdə dəqiq olmaq lazımdır: "Qanun layihəsindəki həm terminlərin, həm cümlələrin yazılışında dəqiq və diqqətli olmaq lazımdır". 
Sonra qanun layihəsi qısa müzakirələrdən sonra birinci oxunuşda qəbul edilb.

Şərhlər

Çox oxunanlar