Azərbaycan daha bir iş adamını beynəlxalq axtarışa verdi

29.12.2015 16:36     Sosreaksiya     2237

Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan iş adamını axtarışa verib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Rüfət Vəliyev külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Məlumata görə, R. Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. 

Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.

 

Şərhlər

Çox oxunanlar