Sabiq baş nazirə 18 aylıq həbs

30.12.2015 03:44     Sosreaksiya     1820

İsrailin həbsdə olan keçmiş baş naziri Ehud Olmertin cəzası dəyişdirilib. Qüdsün meri olarkən rüşvət aldığı üçün mühakimə edilən Olmert 6 il həbs cəzası əvəzinə 1,5 il həbs cəzası çəkəcək.
İsrailin Ali Məhkəməsi dekabrın 28-də Olmertin mer postunda olarkən 13 min dollar rüşvət aldığını sübut olunmuş saysa da, 115 min dollar rüşvət alması ilə bağlı digər bir iddianı geri çevirib.

Keçmiş baş nazir cəzasını gələn il fevralın 15-dən çəkməyə başlayacaq.

Şərhlər