FHN gücləndirilmiş iş rejiminə keçdi
30.12.2015 11:39 Sosreaksiya 1725

Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejimində çalışır.
"Reaksiya" xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.
Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.
Şərhlər