İrəvanda vəziyyət gərginləşir 

27.06.2015 10:13     Sosreaksiya     1925

Ermənistan Polis İdarəsinin rəisi Valeri Qasparyan aksiya iştirakçılarına yalvarmağa başlayıb.

Ermənistanda baş qaldıran etiraz dalğası getdikcə böyüyür. Dinc aksiya keçirənlər bir neçə gündür gecəni Baqramyan prospektində keçirirlər. İndi aksiya iştirakçıları İrəvanın digər mərkəzi hissəsini - Maştosa prospektini tutmağı planlaşdırırlar."Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat verir ki, bu təşəbbüs Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Polis İdarəsinin rəisi Valeri Qasparyan aksiya iştirakçılarına yalvarmağa başlayıb ki, onlar bu fikirlərindən daşınsınlar və mərkəzi prospekti bağlamasınlar.O, elektrik enerjisi qiymətlərinin qalxmasına qarşı etiraz edənlərə müraciətlə deyib: "Əgər vətəndaşlar qanundan kənar hərəkətlərə yol verməsələr polis xalqa qarşı heç bir güc tətbiq etməyə təşəbbüs göstərməyəcək. Siz burada ona görə canlı divarı hördünüz ki, sanki biz xalqın düşmənləriyik?! Əksinə, biz xalqın müdafiəçiləriyik. Bu bizim ümumi şəhərimizdir, paytaxtın əsas prospektlərini bağlamaq olmaz".Onun müavini Unan Poqosyan isə jurnalistlərə bildirib ki, etiraz edənlərin arasında silahlı şəxslər aşkar edilib və onlar burada xüsusi qurğular yerləşdiriblər.Xatırladaq, Baqramyan prospektində ölkə əhalisinin oturaq piketi beş gündür davam edir. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı çıxır və "Soyğuna yox", "Talana yox" şüarları səsləndirirlər. Mitinq edənlər vurğulayırlar ki, iyunun 19-da başlamış aksiyalar sırf sosial xarakteri daşıyır. Biz dövlət başçısından qiymətlərin nizama salınması üzrə komissiyanın elektrik enerjisi tariflərinin 6,93 dram artırılması haqqında iyunun 17-də verdiyi qərarın ləğv olunmasını tələb edirik.

Şərhlər

Çox oxunanlar