TÜRKSOY millət vəkilini medalla mükafatlandırdı

30.12.2015 13:08     Sosreaksiya     1823

Millət vəkili Qənirə Paşayeva Türk dünyasına xidmətlərindən dolayı TÜRKSOY tərəfindən medala layiq görülüb.

"Reaksiya" xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov medalı millət vəkilinə təqdim edərkən deyib ki, Q.Paşayeva Türk dünyasının birliyi, bərabərliyi, bir-birini yaxından tanıması və sahiblənməsi üçün aktiv çalışmaqla bərabər Türk dövlət və toplumlarında baş verən hadisələrə hər zaman həssas münasibət göstərir, iştirak etdiyi beynəlxalq təşkilat və platformalarda bütün Türk dünyasının səsi olmağa çalışır və TÜRKSOY-un fəaliyyətlərini hər zaman ciddi şəkildə dəstəkləyir və onun fəaliyyətinin güclənməsi istiqamətində fəal çalışır.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov millət vəkilinə bu istiqamətdə fəaliyyətində daha da böyük uğurlar diləyərək, bundan sonra da təşkilatın bir elçisi kimi daha da səylə çalışacağına inandığını bildiirb.

Q.Paşayeva TÜRKSOY-a, üzvlərinə, baş katibi dəyərli ziyalı Düsen Kaseinova təşəkkür edərək hər zaman bu təşkilatın könüllü elçisi olmaqdan qürur duyduğunu vurğulayıb.

Millət vəkili bütün Türk dünyasını TÜRKSOY-a daha da çox dəstək göstərməyə çağıraraq bu təşkilatın fəaliyyətinin daha da güclənməsi hamımız üçün vacibdir deyib.

O, iş adamlarının da TÜRKSOY-un layihələrinə daha çox dəstək olmasının vacibliyini vurğulayıb.

Görüş və medalın təqdimatı zamanı TÜRKSOY-un 2016-ci ildə planlaşdırdığı önəmli layihələr ətrafında fikir mübadiləsi ilə yanaşı bir sıra Türk toplumlarının üzləşdiyi ağrı-acılardan da danışılıb və millət vəkili Dağlıq Qarabağ məsələsində də Türk dövlət və toplumları ilə bağlı önəmli məsələlərdə də Türk dünyasını hər zaman birlikdə olmağa çağırıb. O zaman daha da güclü olaraq ədalətsizliklərə qarşı mübarizə aparmaqla yanaşı, Türk dövlət və toplumlarının bu coğrafiyada haqqı olduğu haqqı əldə edə bilməsinə də nail ola biləcəklərini deyib. 

 

Şərhlər