Salyanda ev yandı - ölən var

30.12.2015 15:14     Sosreaksiya     2338

Salyan rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin H.Z.Tağıyev küçəsində yerləşən Salyan şəhər sakini Nəcəfov Rəsul Əbülfəz oğluna məxsus 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsinə  Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb.

Yanğın zamanı tüstüdən zəhərlənən 77 yaşlı Şəfiqə Məmməd qızı Nəcəfova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Şərhlər