Quba-Xınalıq yolu açıldı
31.12.2015 18:57 Sosreaksiya 1865

Quba-Xınalıq avtomobil yolu qardan təmizlənib, avtomillərin hərəkəti bərpa edilib.
"Reaksiya" xəbər verir ki, bu barədə "Report"a Quba rayon 6 saylı Yol-İstismar İdarəsindən məlumat verilib.
Yol-İstismar İdarəsinin texnikası qarın yaratdığı fəsadları aradan qaldırıb.
Qeyd edək ki, dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlamışdır. Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilmişdir.
Şərhlər