Bakıda 3 otaqlı ev yandı

31.12.2015 20:24     Sosreaksiya     2072

Paytaxtda 3 otaqlı evdə yanğın olub.

"Reaksiya" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 120 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər