Bakıya qar yağdı - FOTOLAR

01.01.2016 10:19     Sosreaksiya     2260

Bakıda Yeni ilin ilk günü qar yağdı.

"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Şərhlər