Dubaydakı yanğında azərbaycanlıların olub-olmadığı araşdırılır - RƏSMİ

01.01.2016 11:24     Sosreaksiya     1771

"Azərbaycan Respublikasının Dubay Əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsini Dubay Əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır".

"Reaksiya" xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dubayda mehmanxanada baş verən yanğın hadisəsi ilə bağlı deyib.

"Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur", - deyə o bildirib.

Şərhlər