Fişəng partlatdı, barmağını itirdi - Tovuzda

01.01.2016 13:25     Sosreaksiya     1962

Tovuz rayon sakini fişəng atmaq istəyərkən xəsarət alıb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.

Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər