Bu yolda sürət həddi azaldıldı - FOTO

01.01.2016 14:15     Sosreaksiya     1776

Paytaxtda hava limanı istiqamətindəki yollarda sürət həddi azaldılıb.

"Reaksiya" xəbər verir ki, bu barədə məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilib.

Məlumata görə, yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. Böyükşor - hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - hava limanı avtomobil yolunda sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 km/saatdan 60 km/saata qədər azaldılıb.

Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Şərhlər