Həbsdəki nardaranlıların 8-i azadlığa buraxıldı
01.01.2016 16:29 Sosreaksiya 2147

Nardaranın 2015-ci ilin 1 dekabrında həbs olunmuş 8 sakini azadlığa buraxılıb.
"Reaksiya" xəbər verir ki, bu barədə “Turan”a kənd ağsaqqalı Natiq Kərimov məlumat verib.
O bildirib ki, həmin şəxslər qəsəbədə noyabrın 26-da xüsusi xidmət orqanlarının radikal islamçıların neytrallaşdırılması ilə bağlı keçirdikləri əməliyyat zamanı saxlanılmış, sonradan 30 sutkalıq inzibati həbs cəzası almışdılar.
Şərhlər