Mədət Quliyev Yeni ili belə keçirdi - FOTO

01.01.2016 16:53     Sosreaksiya     2220

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Yeni ilin gəlişi ərəfəsində DTX-nin xüsusi qoşun hissəsinə baş çəkib.

“Reaksiya” xəbər verir ki, DTX-nin mətbuat xidmətindən milli.az-a verilən məlumata görə, xidmət rəisi hərbi hisssəyə döyüşçüləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmək üçün gedib.

Döyüşçülər qarşısında çıxış edən Mədət Quliyev Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin DTX qarşısında qoyduğu yeni vəzifələr haqda danışıb. General əsgərləri Azərbaycan dövlətçiliyi qarşısında səmimi və fədakar xidmət aparmağa çağırıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Mədət Quliyev Yeni ili belə keçirdi -  Foto


Mədət Quliyev Yeni ili belə keçirdi -  Foto

 

Şərhlər