Çanaqqala boğazında kruiz gəmisi ilə tanker toqquşdu

27.06.2015 11:11     Sosreaksiya     1885

Yunanıstandan İstanbula gedən “Louis Crystal” kruiz gəmisi Çanaqqala (Dardanel) boğazında Rusiyadan Maltaya gedən, Marşall Adalarının bayrağını daşıyan "STİ Pimlico" adlı tankerlə toqquşub.
 
Reaksiya.Az-ın "Vatan" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə iyunun 27-nə keçən gecə baş verib.
 
Qəza zamanı gəminin göyərtəsində 853 sərnişin, 382 ekipaj üzvü olub. İlkin məlumatlara görə, xəsarət alanlar var, lakin xəsarət alanların sayı hələlik müəyyənləşdirilməyib.
 

Bildirilir ki, qəzaya səbəb hər iki kapitanın səhlənkarlığı olub. 
 
Gəmilər ciddi zədələnib, müvəqqəti olaraq boğazda hərəkət dayandırılıb.

 
Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar