Bayram günlərində yol qəzaları ilə bağlı - Statistika
02.01.2016 13:07 Sosreaksiya 1999

Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Baş Dövlət Yol Polisi İdarəsindən verilib.
Məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yanvarın 1-də isə respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Şərhlər