Sabah 10 dərəcə şaxta olacaq

02.01.2016 13:16     Sosreaksiya     1792

Yanvarın 3-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Reaksiya" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinə istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan xeyli yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Şərhlər