Azərbaycanda zavodda partlayış - ölən və yaralananlar var

04.01.2016 13:49     Sosreaksiya     2036

Bu gün saat 10:30 radələrində Balakən şəhərində “Azəryem Sənaye MMC”yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verib.

"Reaksiya" Fövqəladə Hllar Nazirliyinin saytına istinadə xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib. Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.

Şərhlər