Səhiyyə Nazirliyindən dərmanlarla bağlı - AÇIQLAMA

05.01.2016 12:12     Sosreaksiya     1612

“Son günlər bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılıb. Bununla bağlı bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsinə qadağa qoyulan dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarında qoyulub”. "Reaksiya"nın APA-ya istinadən xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

O qeyd edib ki, siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər: “Bir daha qeyd edirik ki, dövriyyəsinə qadağa siyahıda göstərilən dərman vasitələrinin adlarına deyil, onların siyahıdakı seriyalarına aiddir”.

Qeyd edək ki, dünəndən etibarən bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılıb.

Şərhlər