Qobustan qoruğuna yeni direktor təyin olunub
05.01.2016 12:15 Sosreaksiya 1562

Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin olunub. "Reaksiya"nın APA-ya istinadən məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə bu vəzifəyə nazirliyin tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin müdiri Rüfət Nuriyev təyin edilib.
Qeyd edək ki, mədəniyyət və turizm nazirliyinin 2015-ci ilin yekunlarına həsr olunan Kollegiya iclasında Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova işində yol verdiyi nöqsanlara və fəaliyyətsizliyə görə vəzifəsindən azad olunmuşdu.
Şərhlər