“Azadlıq” qəzeti qiyməti qaldırdı - 60 qəpik

05.01.2016 12:57     Sosreaksiya     1759

“Azadlıq” qəzetinin qiyməti 60 qəpiyə qaldırılıb. 

"Reaksiya" xəbər verir ki, qəzetin bugünkü sayında bu haqda elan yerləşdirilib. Qəzet qiymət artımına məcburiyyət qarşısında getdiyini bildirir, bunu ikinci devalvasiyadan sonrakı bahalaşmayla izah edir: «Yəni manatın qiymətdən düşməsi, kəskin bahalaşma qəzetin də xərclərini artırıb. Çap xərcləri, kağızın qiyməti təbii olaraq bahalaşır. Vəziyyətə uyğun addım atmağa məcburuq. Qəzetin qiymətini artırmaqdan başqa yolumuz yoxdur», deyə qəzet bildirib.

 

Şərhlər