Nazir vətəndaşları qəbul edəcək
05.01.2016 13:29 Sosreaksiya 1596

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edəcək. "Reaksiya" xəbər verir ki, bu barədə reporta Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəbul yanvarın 6-da saat 14.00-da olacaq. Ucar Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq görüşdə Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Şərhlər